27 C
Baku
27 İyul 2024, 8:37
Digər

Dəm qazından boğulma halları niyə artır?

Bugun.tv xəbər verir ki, havalar soyuyan kimi, vətəndaşların istifadə etdiyi dəm qazından zəhərlənmə halları da artır. Bir çoxumuz belə hallarla qarşılaşdıqda təşvişə qapılır, nə edəcəyimizi bilmirik. Ürəkbulanma, başgicəllənmə, başağrısı, quru öskürək dəm qazından zəhərlənmənin ilkin əlamətləridir.

Mütəxəsislərin fikrincə, mavi yanacaq qoxusuz olduğundan çox zaman insanlar zəhərləndiklərinin fərqinə gec varırlar ki, bu da vəziyyətin daha da kəskinləşməsinə səbəb olur. Zərərçəkəndə qıcolma və beyin ödəmi yarana bilər. Əgər həmin şəxsin tənəffüsü dayanarsa, vaxt itirmədən ona süni nəfəs verilməlidir. Bədən temperaturu aşağı düşərsə, bu zaman ona isti içki vermək və üstünü örtmək lazımdır. 

   Dəm qazından zəhərlənmə adətən hamam otağında və qapalı məkanlarda baş verir. Bu səbəbdən qaz cihazı olan yerlərdə son dərəcə diqqətli olmaq lazımdır. Baş toksikoloq Azər Maqsudovun sözlərinə dəm qazı ilə zəhərlənmə orta ağır, ağır və kəskin ağır kimi qiymətləndirilir. “Kimin evində bu qazla işləyən cihaz varsa mütləq o nəzarət altında olmalıdır. Dəm qazı, ümumiyyətlə qoxusuz və rəngsiz bir qazdır. O mütləq haradakı qaz cihazı işləyir, orda o mühitdə əmələ gəlir və oksigenlə yanandan sonra onun toksik təsiri biruzə verir. Bu mühitdə qaldıqda tez bir vaxtda şikayətlər dərinləşir, kəskinləşir və sonda huş itir”.

Belə hadisə baş verdikdə mütləq həmin xəstələri təmiz havaya çıxarmaq, üst-başını bağlamaq lazımdır ki, onlara soyuq dəyməsin. Bu kimi halların qarşısını almaq üçün müəyyən tədbirlər görülməldir. Mütəxəssislər vanna otağında qapının döşəməyə yaxın hissəsində hava axını üçün dəliklər qoyulmasını məsləhət görürlər. İlk baxışdan adi görünən bu dəliklər vanna otağının havasını bir saat ərzində düz üç dəfə dəyişir. Həmçinin soba quraşdırılan mətbəxdə nəfəslik olmalıdır. Təhlükəsizliyin təmin edilməsi üçün xəbərdaredici qurğulardan da istifadə etmək tövsiyə olunur.

Bununla yanaşı, qaz cihazlarını quraşdırarkən də diqqətli olmalıyıq. Mütəxəssislər bildirir ki, vanna otaqlarının daxili qaz xətləri və onların üzərindəki nəzarətçi kranlar yalnız layihədə nəzərdə tutulmuş yerdə quraşdırılmalıdır. Təbii qazla işləyən su qızdırıcıları divardan aralı olmalıdır. Qaz cihazlarından istifadə etməzdən öncə mütləq otağın havasını dəyişmək lazımdır, cihaz yalnız qaz qoxusunun olmadığına əmin olduqdan sonra yandırılmalıdır. Cihazı istifadə etdikdən sonra üzərindəki kran bağlanmalıdır.

   Bu kimi hallar baş verdikdə elektrik cihazlarını şəbəkəyə qoşmaq olmaz. Mənzili tərk etməzdən öncə qaz cihazları üzərindəki və nəzarətçi kranların bağlandığına əmin olmaq lazımdır. Bəzən insanlar qaz cihazları üzərində paltar və ya digər alışa bilən  əşyaları qurutmağa çalışırlar, bu isə faciə ilə nəticələnə bilər. Həmçinin qaz cihazları olan otaqlarda tez alışan materialların yerləşdirilməsi və saxlanması da təhlükəldir.

   Beləliklə, sadalanan tibbi və profilaktik tədbirləri görməklə yanğın, partlayış, zəhərlənmə kimi bədbəxt hadisələrin qarşısını ala bilərik.

Nigar Məmmədova

Oxşar xəbərlər

Georgi Muradov: “Krım hakimiyyəti Belarusla əməkdaşlığı genişləndirməyə çalışır”

Nigar Məmmədova

Lənkəran şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. 

Şükufə Ramizqızı

Mastercard və CinemaPlus strateji tərəfdaşlığı elan edir: “CineMastercard” təqdim olunur – VİDEO – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu