Dünya

Mühacir qayığı batdı: 41 ölü

Yəmən sahillərində içərisində 45 nəfərin olduğu miqrant qayığının batması nəticəsində baş verən qəzada 41 nəfər həyatını itirib, 4 nəfər isə xilas edilib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Taiz şəhəri sahillərində 45 qeyri-qanuni immiqrantın olduğu qayığın güclü külək və həddindən artıq sıxlıq səbəbindən çevrildiyini açıqlayıb.

Açıqlamada qəza nəticəsində 41 nəfərin həyatını itirdiyi, 4 nəfərin isə xilas edildiyi qeyd edilib.

Afrikalı mühacirlər Körfəz ölkələrinə getmək üçün qayıqlarla Yəmənə keçməyə çalışırlar.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya 100 min ehtiyatda olan hərbçiyə məktub göndərdi

Aynur Camal

Peskov: Aİ-nin Ukraynaya maliyyə dəstəyini davam etdirməsi sülh prosesinə mane ola bilər

Aynur Camal

ABŞ və tərəfdaşları Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərini almaq barədə razılığa gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu