Yağlı balıq yemək dərinin qocalma prosesini ləngidir. Ximki Klinik Xəstəxanasının ictimai sağlamlıq və tibbi profilaktika mərkəzinin rəhbəri Olqa Çirkova NEWS.ru-ya açıqlamasında bunu belə qidanın çoxlu doymamış yağ turşusu omeqa-3 ilə zəngin olması ilə izah edir.
Onun sözlərinə görə, sağlam dəri üçün mütəmadi olaraq kifayət qədər protein, vitamin və lif istehlak etmək lazımdır. Onlar hinduşka, dovşan, dana əti, siyənək, skumbriya, qızılbalıq, tərəvəz və giləmeyvə ilə meyvələr kimi qidalarda olur.
Fındıq, paxlalılar, sərt pendir və təbii qatıq da dəri üçün faydalıdır. Bundan əlavə, Çirkova qeyd edib ki, kifayət qədər təmiz su içmək lazımdır. Həkimin sözlərinə görə, bütün bu məhsullar həm də saç və dırnaqların bərpasını yaxşılaşdırır.
Mənbə: mail.ru