İordaniya, su qıtlığı, suya qənaət, dəstəmaz suyu, təkrar su istifadəsi, məscid, yaşıllıqların suvarılması, ətraf mühit
Dünya

Dəstəmaz suyundan bağçaların suvarılmasında istifadə olunur

İordaniyada su qıtlığı ilə mübarizə çərçivəsində maraqlı suya qənaət layihəsi həyata keçirilir. Ölkənin İordan vadisində yerləşən Əbu Übeydə məscidində dəstəmaz almaq üçün istifadə olunan su toplanaraq süzgəcdən keçirilir və ətrafdakı yaşıllıqların suvarılmasına yönəldilir.

Bugun.tv xəbər verir ki, bu barədə “The Guardian” nəşri noyabrın 10-da məlumat yayıb.

Layihə çərçivəsində istifadə olunmuş su kanalizasiya sisteminə axıdılmaq əvəzinə xüsusi qurğuya toplanır. Daha sonra su beş qatdan ibarət qum və çınqıl süzgəcindən keçirilərək təmizlənir. Əldə olunan sudan məscidin ətrafındakı ağacların və digər bitkilərin suvarılmasında istifadə edilir.

Bu təşəbbüsün əsas məqsədi su ehtiyatlarının daha səmərəli istifadəsinə nail olmaq və quraq ərazilərdə yaşıllıq sahələrini qorumaqdır.

Qeyd edək ki, İordaniya dünyanın su ehtiyatları ən məhdud ölkələrindən biridir. Belə layihələr mövcud su mənbələrindən təkrar istifadə etməklə israfın azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verə bilər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Ər-Riyada yönələn raketləri zərərsizləşdirib

Aynur Camal

ÜST qida məhsullarının tərkibinə dair yeni yanaşma təklif edir

Aynur Camal

Avropa şirkətləri robototexnika və fiziki süni intellekt sahəsində rəqabət aparmağa hazırdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu