Dünya

Daha iki ölkə Fələstini dövlət kimi tanıyır

Karib hövzəsi ölkəsi Trinidad və Tobaqo Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. Son həftələrdə Karib hövzəsi ölkələri Barbados və Yamayka da Fələstini dövlət kimi tanıyıb. Trinidad və Tobaqo Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəlib.

Trinidad və Tobaqo Xarici İşlər Nazirliyindən verilən açıqlamada, sözügedən qərarın “Fələstin dövləti” mövzusunda artan beynəlxalq konsensusun gücləndiyi bildirilib.

“Fələstinin tanınması əxlaqi və ədalətlidir və Trinidad və Tobaqonun Fələstin xalqının qanuni istəklərini tanıdığını və dəstəklədiyini göstərir”, – bəyanatda deyilir.

Digər tərəfdən, Karib hövzəsi ölkələri Yamayka və Barbados Fələstin dövlətini rəsmi olaraq tanıdıqlarını açıqlayıb.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bazar ertəsi bildirib ki, bir çox Aİ ölkəsi mayın sonuna qədər Fələstini müstəqil dövlət kimi tanımağa hazırlaşır.

Keçən ay ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə yol açan BMT qətnamə layihəsinə veto qoyub və bildirib ki, “dövlətçilik İsrail və Fələstin arasında birbaşa danışıqlar yolu ilə əldə edilməlidir”.

Mənbə: Ntv.Tr

İntizar Əmirova

Oxşar xəbərlər

Kral Çarlzın sərvəti açıqlandı

Aynur Camal

Aktiv vulkanın içinə düşdü!

İntizar Əmirova

Karxanada partlayış oldu: 4 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu