Baş xəbərSiyasət

Danimarka hökuməti Quranın yandırılmasını qadağan edən qanun layihəsi hazırlayır

Bugun.tv xəbər verir ki, Danimarka hökuməti Skandinaviyanın bir çox müsəlman ölkələri ilə münasibətlərindəki  gərginliyi azaltmaq səyləri çərçivəsində ictimai yerlərdə Quran nüsxələrinin yandırılmasını qeyri-qanuni edən qanun təklif etdiyini bildirib.

Danimarka hökuməti Quranın yandırılmasını qadağan edən qanun layihəsi hazırlayır. “Hökumət dini icma üçün fundamental dini əhəmiyyət kəsb edən obyektlərdən qeyri-qanuni istifadəni qadağan edən qanun təklif edəcək”, – ədliyyə naziri Peter Hummelqaard mətbuat konfransında bildirib.

“Ona görə də, təklif, məsələn, ictimai yerlərdə Quran, İncil və ya Tövratın yandırılmasını cəzalandıracaq. Danimarka və İsveç son həftələrdə Quran nüsxələrinin yandırıldığı bir sıra etiraz aksiyalarının şahidi olublar. Bu, müsəlman ölkələrinin qəzəbinə səbəb olub”, – o əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu