5 C
Baku
18 Fevral 2026, 10:27
Baş xəbərDünya

Danimarkanın Baş naziri Frederiksen: ABŞ Qrenlandiyanı almayacaq

Danimarkanın baş naziri Mette Frederiksen Danimarkanın yarı muxtar bölgəsi olan Qrenlandiyaya səfəri zamanı “ABŞ Qrenlandiyanı almayacaq, Qrenlandiya Qrenlandiyalılara məxsusdur” deyib.

Danimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampın ilhaq və satınalma haqqında tez-tez danışdığı Danimarkanın yarı muxtar bölgəsi olan Qrenlandiyaya səfər edib. Qrenlandiyanın yeni hökuməti ilə görüşmək üçün paytaxt Nuuk’a gəldikdən qısa müddət sonra verdiyi açıqlamada Frederiksen Qrenlandiyanın yanında olduğunu ifadə edərək, “ABŞ Qrenlandiyanı almayacaq, Qrenlandiya Qrenlandiyalılara aiddir” deyib.

Qrenlandiyalıların Danimarka daxilində bərabər hüquqlara sahib olması üçün əlindən gələni edəcəyini deyən Frederiksen, “İlk növbədə xarici siyasət, təhlükəsizlik strategiyaları və geosiyasi məsələləri müzakirə etməliyik. Bu çətin prosesdə birlikdə hərəkət etməliyik” deyib.

Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nielsen Frederiksenin səfərini alqışlayaraq, “Danimarka Qrenlandiyanın ən yaxın tərəfdaşıdır” deyib.

Tramp son açıqlamasında Qrenlandiyanın ilhaqı ilə bağlı “tamamilə real danışıqlar apardığını” ifadə edərək, “Qrenlandiyanı alacağıq. Bəli, yüzdə 100” deyib. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens martın 28-də Qrenlandiyanın şimalındakı ABŞ hərbi bazasına baş çəkərək, Danimarkanı adanı kifayət qədər yaxşı qorumamaqda günahlandırıb və ABŞ-ın strateji cəhətdən yerləşən adayı daha yaxşı qoruya biləcəyini təklif edib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov Ramazan ayının hikmət və fəzilətlərindən danışdı

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu