11 C
Baku
7 Dekabr 2024, 19:05
Dünya

Daşqın kabusu bitməyib! İndi Kataloniya bölgəsi su altındadır

İspaniyanın Valensiya bölgəsindən sonra şiddətli fırtına və yağış indi Kataloniya bölgəsini vurub. Bölgədə nəqliyyat iflic olub, onlarla reys təxirə salınıb. İspaniyanın Valensiya bölgəsindəki daşqınlar nəticəsində 200-dən çox insanın həyatını itirməsindən sonra Barselona, ​​Girona və Tarraqona şəhərlərində də güclü yağış və tufanlar təsirli olub. Kataloniya bölgəsində nəqliyyat iflic olub.

İspaniyanın hava limanları idarəçiliyi AENA tərəfindən verilən məlumatda, Barselona Beynəlxalq Hava Limanında hər kvadratmetrə 81 litr yağıntının düşdüyü, hava limanının bir çox ərazisinin və dayanacaqların su altında qaldığı bildirilib.

Səlahiyyətlilər qeyd edib ki, yağışın vurduğu ziyana görə ən azı 50 reys təxirə salınıb, 17 təyyarə enişi başqa hava limanlarına istiqamətləndirilib.

Bundan əlavə, mümkün qəzanın qarşısını almaq üçün “Renfe” dəmir yolu şirkəti Kataloniyada bütün şəhərətrafı reyslərin müvəqqəti dayandırıldığını açıqlayıb.

Kataloniya muxtar hökumətinin rəsmiləri də Barselonada bəzi metro xidmətlərinin dayandırıldığını bildirib və ictimaiyyəti ehtiyatlı olmağa çağırıb. Güclü yağış səbəbindən bəzi yolları su basdığı, magistralların giriş-çıxışlarında kilometrlərlə növbələrin yarandığı da müşahidə olunub. Barselona-Tarraqona yüksək sürətli qatar xəttinin xidmətləri də dayandırılıb.

Meteoroloqlar günorta saatlarında bölgəni güclü yağışın tərk edəcəyini proqnozlaşdırıblar.

 Aeroportu su basdı

Barselonanın beynəlxalq hava limanında sərnişin terminalı, uçuş-enmə zolağı və dayanacaq güclü yağışlar səbəbindən su altında qalıb. Suyun çıxarılması işlərinə başlanılan hava limanında onlarla reys təxirə salınıb. Hava limanı rəhbərliyi tərəfindən verilən açıqlamada məsələ ilə bağlı böhran masasının qurulduğu və yağışa səbəb olan fırtınanın hava limanına girişi də əngəllədiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, hava limanını tərk edən sərnişinlərin çıxışını təmin etmək üçün baryerlər götürülüb, dəmir yolu sistemi ilə daşıma müvəqqəti olaraq dayandırılıb.

Kataloniyanın yerli hökuməti iki bölgədə davam edən leysan yağışları səbəbindən xalqı səyahətdən çəkinməyə, çay və dərələrdən uzaq durmağa çağırıb. Küçə və prospektlərin su altında qaldığı turistik Barselona şəhəri üçün qırmızı həyəcan siqnalı verilib.

İspaniyanın Valensiya bölgəsi 1 ildə aldığı yağışı 1 gündə aldı. İtkin düşənlər üçün ölkədə 3 günlük matəm elan edilib. Bildirilib ki, 1 il ərzində yağan yağışın 8 saatdan sonra bəzi rayonlarda cəsədləri tanımaq mümkün olmayıb.

Şənbə günü İspaniyanın baş naziri Pedro Sançes bölgəyə daha 10 min əsgər, polis və mülki mühafizəçinin göndərilməsi barədə göstəriş verib. Sançes bildirib ki, bu göndəriş İspaniyanın sülh dövründəki ən böyük hərbi yüküdür. Lakin o, cavabın “kafi olmadığını” bildiyini və “ciddi problemlər və çatışmazlıqların” olduğunu etiraf etdiyini əlavə etdi.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın Ukraynaya uzaqmənzilli raket icazəsi ilə bağlı Rusiyadan ilk şərh

Aynur Camal

“Qatar Airways” Sudana uçuşları dayandırdı

Nigar Məmmədova

Beyrutun cənubuna İsraildən hücum

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu