Baş xəbərHadisə

DEAŞ terror təşkilatına qarşı əməliyyat: 6 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, Diyarbəkirdə terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda 6 şübhəli saxlanılıb. İl Jandarma Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı (MİT) qrupları terror təşkilatı DEAŞ üzvləri ilə əlaqə saxladıqları, onlara yardım və yataqlıq etdikləri müəyyən edilən 6 şübhəliyə qarşı birgə əməliyyat keçirib.

TRT Haber-in məlumatına görə, basqınlar zamanı DEAŞ təşkilatında fəal iştirak edən Suriya əsilli A.B. və S.E.M., N.E., S.M., Ö.K.Y. və A.İ. adlı 6 şübhəli tutuldu. Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı 7 ədəd mobil telefon və 3 ədəd sim kart götürülüb. Şübhəlilər haqqında jandarmada əməliyyatlar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

FİFA Dünya Kuboku kommersiya hüquqlarının satış planına görə tənqid olunur: “Futbolun ruhu satılır”

Aynur Camal

Rza Pəhləvi: “Rejim dəyişikliyinə çox yaxınlaşmışıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu