Baş xəbər

Deputat AZAL təyyarəsində həlak olan Ağdaş sakininin ailəsini ziyarət etdi

19 yanvar 2025-ci il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin əraziyə növbəti səfəri baş tutub.

Bugun.tv- xəbər verir ki, səfər çərçivəsində millət vəkili ilk öncə 25 dekabr 2024-cü il tarixində Qazaxstanın Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsində həlak olan Ağdaş rayon Ərəb kənd sakini İsmayılov Həbib İbrahim oğlunun ailəsini ziyarət etdi.

Həlak olan vətəndaşımızın ailəsinə başsağlığı bildirilərək, ruhu hüzünlə yad edilib. M. Əfəndiyev bildirib ki, təyyarə qəzası nəticəsində rəhmətə gedən və yaralanan şəxslərin ailələri ölkə başçısı Prezident İlham Əliyevin tapşırığına əsasən nəzarətə götürülüb, xüsusi diqqət və qayğı ilə əhatə olunublar.

Eyni zamanda, qəzanın nəticələrinin obyektiv araşdırılacağına və yekunda ədalətli qərarın veriləcəyi ailənin diqqətinə çatdırıldı.

Növbəti gün səfər çərçivəsində Göyçay rayonunun ictimai-siyasi aktivinin, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ilk növbədə şəhidlərin abidə kompleksinə gül-çiçək dəstələri düzülüb, 20 yanvar şəhidləri Rauf İsayev və Mehman Muradovun məzarları önünə əklik qoyub.

Sonra 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev Rumıniyada işgüzar səfərdədir

Nigar Məmmədova

İdmançılarmıza müvafiq vəsiqə və döş nişanları təqdim edildi

Aynur Camal

Hazırlıq kursundan oğurluq edən şəxs saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu