Image default
Baş xəbərSiyasət

Deputat Ceyhun Məmmədov: Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərini şərh edərək bildirib ki, bu səfər Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və ölkənin etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinin növbəti göstəricisidir.

Bugun.tv– xəbər verir ki, deputat bu barədə sosial media hesabında paylaşım edib.

Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan və Almaniya arasında siyasi dialoq son illərdə daha da intensivləşib, qarşılıqlı səfərlər və müxtəlif sahələrdə əməkdaşlıq yeni mərhələyə yüksəlib. O qeyd edib ki, hazırda iki ölkə enerji, iqtisadiyyat, ticarət, nəqliyyat, logistika, sənaye, elm, təhsil və mədəniyyət sahələrində uğurla əməkdaşlıq edir.

Deputat vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolu getdikcə artır. Onun fikrincə, Almaniyanın Azərbaycan qazına maraq göstərməsi və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.

Ceyhun Məmmədov bildirib ki, Alman şirkətlərinin Azərbaycandakı fəaliyyəti və imzalanan yeni sənədlər ölkədə əlverişli investisiya mühitinin göstəricisidir. Onun sözlərinə görə, bu əməkdaşlıq yeni investisiyaların cəlb olunmasına, biznes əlaqələrinin genişlənməsinə və əlavə iş yerlərinin yaradılmasına imkan yaradacaq.

Deputat hesab edir ki, Prezident İlham Əliyevin Almaniyada yüksək səviyyədə qarşılanması bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmi göstərir. O əlavə edib ki, səfər Azərbaycan-Almaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində daha da inkişafına, Avropa ilə əməkdaşlığın genişlənməsinə və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Aynur Camal

Oxşar xəbərlər

Tramp Qırmızı dənizdə husi hücumlarına görə İranı cəzalandıracağına söz verdi, neft 100 dolları keçdi

Aynur Camal

ABŞ Çinlə danışıqlarda süni intellekt texnologiyalarının oğurlanması məsələsini gündəmə gətirəcək

Aynur Camal

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu