12 C
Baku
14 Aprel 2026, 21:20
Digər

Deputat Ceyhun Məmmədov: Akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator alimdir

Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında akademik Zərifə xanım Əliyevanın anım və elmi irsinə həsr olunmuş paylaşım edib.

Deputat paylaşımında qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafına mühüm töhfələr verən, bu sahədə fundamental tədqiqatları ilə böyük şöhrət qazanmış görkəmli alim olub. Onun elmi-pedaqoji fəaliyyəti təkcə tibb elminin inkişafına deyil, həm də yeni həkim nəslinin formalaşmasına güclü təsir göstərib.

Ceyhun Məmmədov vurğulayıb ki, akademik Zərifə Əliyevanın xüsusilə traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində apardığı elmi və praktik işlər Azərbaycan səhiyyə tarixində mühüm yer tutur. Onun təşəbbüsü ilə həyata keçirilən müalicə və profilaktik tədbirlər nəticəsində bu xəstəliyin ölkədə geniş yayılmasının qarşısı alınıb.

Paylaşımda qeyd olunur ki, Zərifə xanım Əliyeva yalnız elmi fəaliyyəti ilə deyil, həm də humanistliyi, sadəliyi və xeyirxahlığı ilə seçilib. O, insanlara daim ümid və mənəvi dəstək verən, cəmiyyətin müxtəlif təbəqələrinə qayğı göstərən nüfuzlu bir şəxsiyyət kimi yadda qalıb.

Deputat həmçinin bildirib ki, akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki yüksək mövqeyinin və nümunəvi ailə dəyərlərinin parlaq təcəssümüdür. Onun Ulu Öndər Heydər Əliyevlə birgə həyatı qarşılıqlı dəstək və mənəvi güc üzərində qurulub.

Ceyhun Məmmədov paylaşımının sonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Plovla hansı yeməyi birlikdə yemək olmaz? Hepatoloqdan xəbərdarlıq

Aynur Camal

Dietoloq sağlam həyat tərzi ilə qidalanma pozuntuları arasındakı sərhədi açıqladı

Aynur Camal

İran neft naziri: “Neft satışlarımız davam edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu