Digər

İtaliya İsraillə müdafiə sazişini yeniləməkdən imtina etdi

İtaliya hökuməti mövcud vəziyyəti nəzərə alaraq İsrail ilə müdafiə sahəsində əməkdaşlıq sazişinin avtomatik yenilənməsini dayandırıb.

Məlumata görə, İtaliyanın Baş naziri Corcia Meloni Verona şəhərində keçirilən tədbir zamanı açıqlama verərək bildirib ki, hökumət hazırkı geosiyasi vəziyyət fonunda bu qərarı qəbul edib.

Eyni zamanda Meloni, Donald Trumpın Vatikan rəhbəri Papa XIV Leo barədə səsləndirdiyi fikirləri “qəbulolunmaz” adlandırıb.

İtaliyanın müdafiə naziri Guido Crosetto isə İsrailli həmkarı Israel Katza rəsmi məktub göndərərək hərbi əməkdaşlıq memorandumunun dayandırıldığını bildirib.

Qeyd edək ki, 2016-cı ildən qüvvədə olan bu saziş hər iki ölkə arasında hərbi texnologiya və avadanlıq mübadiləsini nəzərdə tuturdu və hər 5 ildən bir yenilənirdi.

Son günlər tərəflər arasında gərginliyin artmasına səbəb kimi isə BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) çərçivəsində İtaliya hərbçilərinin olduğu konvoylara İsrail tərəfindən açılan atəş göstərilir.

Xatırladaq ki, bundan öncə də, İtaliyanın xarici işlər naziri Antonio Tajaninin Livana səfəri və İsrailin hərəkətlərini tənqid etməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu