12 C
Baku
6 Aprel 2026, 20:20
Digər

Deputat Ceyhun Məmmədov: Azərbaycanın İrana humanitar yardımı mühüm və düşünülmüş addımdır

Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında İlham Əliyevin tapşırığı ilə İran xalqına göstərilən humanitar yardımı yüksək qiymətləndirib.

Deputat bildirib ki, bu təşəbbüs mürəkkəb və həssas dövrdə həyata keçirilən mühüm və düşünülmüş addımdır. Onun sözlərinə görə, müharibə və gərginlik şəraitində mülki əhalinin üzləşdiyi çətinliklərin azaldılması baxımından bu cür humanitar yardımlar xüsusi əhəmiyyət daşıyır.

C.Məmmədov vurğulayıb ki, humanitar yardım hər hansı siyasi mövqedən daha çox, insani dəyərlərin ifadəsidir. Çətin vəziyyətdə olan insanlara dəstək göstərmək həm beynəlxalq humanitar prinsiplərdən, həm də milli-mənəvi dəyərlərdən irəli gəlir.

Deputat qeyd edib ki, Azərbaycan bu addımı ilə regionda yalnız siyasi və iqtisadi deyil, həm də humanitar sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Bu cür təşəbbüslərin dövlətin sülhə, sabitliyə və insan həyatının qorunmasına verdiyi önəmin göstəricisi olduğu bildirilib.

Paylaşımda həmçinin qeyd olunub ki, göstərilən yardım iki xalq arasında mövcud olan tarixi, mədəni və insani bağların daha da möhkəmlənməsinə xidmət edir. Çətin günlərdə göstərilən dəstəyin qarşılıqlı etimadı artırdığı və gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı vurğulanıb.

Sonda deputat humanitar yardımların əsas məqsədinin insan həyatının, sağlamlığının və rifahının qorunması olduğunu qeyd edərək, Azərbaycanın bu prinsiplərə sadiq qalaraq regionda humanitar həmrəyliyin güclənməsinə töhfə verməyə davam etdiyini bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Artemis II astronavtları Ayın heç vaxt görünməyən tərəflərini görəcəklər

Aynur Camal

Tehranda həkimlər ABŞ və İsraili xəstəxanalara hücumlara görə etiraz etdi

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Gürcüstan əlaqələri iqtisadi və strateji baxımdan güclənir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu