Baş xəbərSosial

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov xaricdə yaşayan bəzi azərbaycanlıların beynəlxalq platformalarda nümayiş etdirdiyi davranışlarla bağlı sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, ölkədən kənarda yaşamaq heç kimə Azərbaycanın milli maraqlarını kölgə altına almaq hüququ vermir. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə haqlılığı yüksək səslə danışmaq deyil, arqumentin gücü, siyasi mədəniyyət və milli məsuliyyət müəyyən edir.

Ceyhun Məmmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar vahid məqsəd ətrafında birləşərək ölkənin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıblar. Deputat hesab edir ki, həmin milli həmrəyliyin qorunması bu gün də mühüm əhəmiyyət daşıyır.

Millət vəkili qeyd edib ki, dövlət əhəmiyyətli məsələləri şəxsi maraqlar və ya siyasi ambisiyalar naminə daxili qarşıdurma mövzusuna çevirmək cəmiyyətə və dövlətə xidmət etmir. O əlavə edib ki, tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsi olsa da, dezinformasiya, manipulyasiya və beynəlxalq platformalarda qarşıdurma yaratmaq cəhdləri milli maraqlara ziddir.

Deputatın fikrincə, Azərbaycanın beynəlxalq arenadakı uğurları emosiyalar deyil, peşəkar diplomatiya, faktlara söykənən arqumentlər və milli maraqlara əsaslanan məsuliyyətli siyasət sayəsində əldə olunur. O, informasiya məkanında da milli həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Bakı Hindistanın Divali bayramının rəngarəng ab-havasına büründü

Aynur Camal

Milli Cəbhə Partiyası xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Aynur Camal

Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu