Milli Məclisin deputatı Ceyhun Məmmədov Sabunçu rayonunda keçirilən “Oxu Günü – 11 Kitab Festivalı” çərçivəsində təşkil olunan tədbirdə iştirak edib.
Deputatın sosial media hesabında paylaşdığı məlumata görə, festival Azərbaycan Nəşriyyatları Assosiasiyası, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə baş tutub.
MÜTALİƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAFI VURĞULANDI
Ceyhun Məmmədov çıxışında bildirib ki, oxu vərdişlərinin formalaşdırılması və gənclərin kitaba marağının artırılması cəmiyyətin intellektual inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, bu cür tədbirlər mütaliə mədəniyyətinin gücləndirilməsi və gənclərin hərtərəfli inkişafı üçün xüsusi rol oynayır.
FESTİVALIN ƏSAS MƏQSƏDİ
Tədbir çərçivəsində kitabın təbliği, oxu vərdişlərinin inkişafı və gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərlə tanışlıq imkanı yaradılıb.
Festival çərçivəsində hazırlanan videoçarx da ictimaiyyətə təqdim olunub.
