Image default
Siyasət

Deputat Ceyhun Məmmədov: Rusiyada yaşayan azərbaycanlıların müharibəyə cəlb edilməsi qəbuledilməzdir

Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyada yaşayan azərbaycanlıların Rusiya–Ukrayna müharibəsinə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Deputat öz sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, son günlər bu istiqamətdə məlumatların artması Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Rusiyanın dövlət qurumları müxtəlif bəhanələrlə bu ölkədə yaşayan azərbaycanlılara təzyiq göstərirlər.

Ceyhun Məmmədov bildirib ki, sənədlərin qaydasında olmaması, rus dilini bilməmək və ya hansısa dini tədbirlərdə iştirak kimi əsaslarla azərbaycanlılara qarşı məsuliyyətdən azad olunmaları üçün Rusiya–Ukrayna müharibəsində iştirak etmələri şərt kimi irəli sürülür.

Deputatın sözlərinə görə, oxşar metodlar Rusiya həbsxanalarında da tətbiq olunur: “Azərbaycanlı məhbuslara qalan cəzalarından azad olunmaq müqabilində müharibədə iştirak etmək təklif edilir”.

Ceyhun Məmmədov vurğulayıb ki, azərbaycanlılara qarşı bu cür yanaşma birmənalı olaraq qəbuledilməzdir və haqlı olaraq cəmiyyətdə etirazla qarşılanır. Deputat bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Dövlət Duması İlham Əliyevin Bakıdakı görüş açıqlamasını şərh etdi

Aynur Camal

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə sazişini təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu