Baş xəbərSiyasət

Deputat Kıbrıs Türk Evini ziyarət etdi — FOTOLAR

Ötən həftə Milli Məclisin deputatı, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Kıbrıs Türk Evini rəsmi ziyarət edib və mərkəzin qurucusu Ruslan Quliyevlə görüşüb.

Demokrat.az bildirir ki, görüş zamanı KKTC-Azərbaycan əlaqələri, o cümlədən iki ölkə arasında təhsil, turizm və digər iqtisadi sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Millət vəkili mərkəzin fəaliyyətinə uğurlar arzulayıb və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bildirib.

Eyni zamanda gələcək fəaliyyətlərdə iş birliyi şurasının yaradılması təklifinə müsbət münasibət bildirib.

Görüş zamanı deputat öz şəxsi arxivindən Kıbrısa aid hədiyyə və çap-elektron məhsulları mərkəzə ərməğan edib.

Millət vəkili sonda xatirə dəftərinə öz təklif və arzularını yazıb.

Məlumat üçün bildirək ki, Kıbrıs Türk Evi Lefke Avropa Universitetinin dəstəyi ilə yaradılmıdır.

Mayın 30-da Qüzey Kıbrıs Türk Cümhüriyyəti Lefke Avropa Universitetinin mütəvəlli heyyət Başkanı, keçmiş turizm naziri və nəqliyyat nazirinin müşaviri Ənvər Öztürk, rektoru Mehmet Ali Yüksələn və mütəvəlli heyyət üzvü Timuçin Pirqalioğlu Azərbaycana səfəri çərçivəsində Azərbaycanın turizm ictimaiyyəti nümayəndələrinin, rəsmi şəxslərin, millət vəkillərinin və mətbuat təmsilçilərinin iştirakı ilə reallaşan tədbirdə KTE-nin açılış mərasimi reallaşıb.

Mənbə: Ulusal.Az

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu