Image default
Baş xəbərSosial

Deputat Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə sosial dəstək 3 il davam edəcək

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna edilən dəyişiklikləri şərh edib.

Deputat bildirib ki, Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qəbul edilən dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv ediləcək. Bununla yanaşı, onların sosial müdafiə tədbirləri statusları ləğv olunduqdan sonra da 3 il müddətində davam etdiriləcək.

Vüqar Bayramov qeyd edib ki, hazırda keçmiş məcburi köçkün ailələrinin istifadə etdiyi bütün sosial güzəştlər dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq.

Deputatın sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qaydalarına əsasən, məcburi köçkün statusuna malik ailə üzvlərinin hər biri üçün aylıq 60 manat müavinət ödənilir. Bundan əlavə, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqqı dövlət tərəfindən qarşılanır, həmçinin bir sıra dövlət rüsumları üzrə də güzəştlər tətbiq edilir.

İqtisadçı deputat vurğulayıb ki, yeni qanun dəyişikliyi ilə həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il müddətində saxlanılacaq.

O əlavə edib ki, əgər keçmiş məcburi köçkün ailəsinin övladı universitetə qəbul olarkən bu güzəşt hüququna malikdirsə, təhsil müddəti üç ildən artıq olsa belə, həmin hüquq onun bütün təhsil dövrü ərzində qüvvədə qalacaq.

Vüqar Bayramovun fikrincə, qəbul edilən dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir və doğma yurdlarına qayıdan vətəndaşların müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunmasını təmin edəcək.

Aynur Camal

Oxşar xəbərlər

QHT tərəfindən Şabran və Ağcabədi rayonlarındakı göllərdə hidroloji vəziyyətin araşdırılması davam etdirilir

Aynur Camal

Fastfud reklamına məhdudiyyətlər piylənmənin qarşısını alacaqmı?

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Aİ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu