14 C
Baku
16 Aprel 2026, 20:49
Digər

Deputat Vüqar Bayramov: Qiymət artımlarında əsas səbəb idxal inflyasiyasıdır

Pəhriz

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov istehlak bazarındakı qiymət artımlarını şərh edərək əsas səbəblər və çıxış yolları ilə bağlı fikirlərini bölüşüb.

İlk rübdə inflyasiya 5,7 faiz olub

Deputat bildirib ki, rəsmi statistikaya əsasən, cari ilin ilk rübündə istehlak bazarında 5,7 faiz qiymət artımı qeydə alınıb. Onun sözlərinə görə, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya daha yüksək – 6,8 faiz təşkil edib.

Eyni zamanda, 2026-cı ilin mart ayında bu kateqoriya üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb.

Ən çox bahalaşma meyvə və tərəvəzdədir

Vüqar Bayramov qeyd edib ki, qiymət artımlarının strukturunda əsas yüksəliş meyvə və tərəvəzlərdə müşahidə olunur. Mart ayında meyvələrdə 3,6 faiz, tərəvəzlərdə isə 3,2 faiz artım qeydə alınıb.

Deputatın sözlərinə görə, düyü, çörək, toyuq əti, balıq, süd məhsulları, bitki yağları, həmçinin sitrus meyvələri və bir sıra tərəvəzlərin qiymətində artım müşahidə olunub.

Səbəb: idxaldan asılılıq və qlobal faktorlar

İqtisadçı deputat vurğulayıb ki, meyvə və tərəvəz qiymətlərindəki artımın əsas səbəbi bəzi məhsullar üzrə idxalın yüksək paya malik olmasıdır. O əlavə edib ki, regionda baş verən geosiyasi gərginliklər, xüsusilə İranla bağlı proseslər mart ayında idxal inflyasiyasını daha da gücləndirib.

Çıxış yolu – yerli istehsalın artırılması

Vüqar Bayramov bildirib ki, dünya bazarlarında qiymət artımları fonunda yerli kənd təsərrüfatı istehsalının genişləndirilməsi prioritet olmalıdır.

Onun fikrincə, yerli istehsalın artırılması idxal inflyasiyasının təsirlərini minimuma endirə və istehlak bazarında qiymət sabitliyini təmin edə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Arktikada geniş əraziləri bağlayır və “raket təsir zonaları” kimi təyin edir

Aynur Camal

Pilotsuz yük təyyarəsinin ilk sınaq uçuşu həyata keçirildi

Aynur Camal

WSJ: Pentaqon silah istehsalını artırmaq üçün avtomobil şirkətləri ilə danışıqlar aparır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu