Image default
Baş xəbərSiyasət

Deputat: Zəngəzur dəhlizi Azərbaycanın iqtisadi və geosiyasi mövqeyini daha da gücləndirəcək

Bugun.tv xəbər verir ki, iqtisadçı millət vəkili Vüqar Bayramov şəxsi sosial media hesabında paylaşım edərək bildirib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Deputat qeyd edib ki, Azərbaycanın əldə etdiyi qələbədən sonra regionda yaranan yeni reallıq nəqliyyat və logistika əlaqələrinin genişlənməsi üçün mühüm imkanlar açıb. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin tərkib hissəsi olacaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsini bərpa etməklə yanaşı, Asiyadan Avropaya yükdaşımaların müddətini də əhəmiyyətli dərəcədə azaldacaq.

Vüqar Bayramov vurğulayıb ki, illik 15 milyon ton yükötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirəcək, Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək və region ölkələrinin gəlirlərinin artmasına töhfə verəcək. Deputatın paylaşımında qeyd olunur ki, uzunmüddətli proqnozlara əsasən, dəhliz 50 milyard dollar gəlir formalaşdırmaq və hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına imkan verə bilər.

Millət vəkili bildirib ki, Zəngəzur dəhlizi Şimal–Cənub və Şərq–Qərb nəqliyyat marşrutlarını birləşdirəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək və türk dünyasının iqtisadi inteqrasiyasına mühüm töhfə verəcək.

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin bu il imzalanması gözlənilmir

Aynur Camal

Böyük Britaniya İrandan Gələn Təhlükələrə Qarşı Sərt Addım Atır

Aynur Camal

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu