Image default
Dünya

ABŞ İrana qarşı yeni hava zərbələrinə başladığını açıqladı

Bugun.tv xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi əməliyyatlara başladığını bəyan edib.

CENTCOM-un sosial media hesabında yayılan açıqlamada bildirilib ki, əməliyyatlar ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:00-da başlayıb. Qeyd olunub ki, zərbələrin əsas məqsədi İranın Hörmüz boğazından sərbəst keçən mülki və ticarət gəmilərinə hücum imkanlarını zəiflətməkdir.

Açıqlamada vurğulanıb ki, əməliyyatın həyata keçirilməsi barədə göstəriş ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib və bunun İran qüvvələrini məsuliyyətə cəlb etmək məqsədi daşıdığı bildirilib.

CENTCOM xatırladıb ki, bir gün əvvəl həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı quru və dəniz bazalı döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmilərdən buraxılan yüksək dəqiqlikli sursatlarla İrana məxsus təxminən 140 hərbi obyekt məhv edilib.

Bu arada İran mediası ABŞ-ın yeni əməliyyatları fonunda ölkənin cənubundakı Bəndər-Abbas, Sirik və Cask şəhərlərində, həmçinin Keşm adasında yeni partlayış səslərinin eşidildiyini yazıb. Yarı rəsmi Mehr xəbər agentliyi Buşehr əyalətində də partlayışların baş verdiyini bildirib.

Hörmüzqan vilayətinin administrasiyası indiyədək həyata keçirilən hücumlar nəticəsində ölən və yaralanan olmadığını açıqlayıb.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqı Rusiyaya qarşı yeni kiber sanksiyalar tətbiq etdi

Aynur Camal

Böyük Britaniya İrandan Gələn Təhlükələrə Qarşı Sərt Addım Atır

Aynur Camal

Fars körfəzində hərbi gərginlik pik həddə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu