16.6 C
Baku
18 May 2025, 4:49
Baş xəbər

Deputatdan yağışların yaratdığı vəziyyət barədə açıqlama: “Ölkəmizdə çəkilən yollar ən keyfiyyətli yollar sırasındadır”

“Bu faktdır ki, ölkəmizdə çəkilən yollar ən keyfiyyətli yollar sırasındadır. Yağış yağan zaman yaranan problemə gəlincə, hər bir məsələyə obyektiv yanaşmalıyıq. Bilirik ki, Bakıya yağan yağışlar intensivlik baxımından illik normanın bir neçə saat ərzində yağması ilə müşahidə olundu, fövqəladə vəziyyət, təbiət hadisəsi nəticəsində belə gərginlik yarandı. Sahənin mütəxəssisi deyiləm, sadəcə, müşahidələrimi deyirəm. Yağış bir saat ərzində nə qədər yağmalı idi? Bir saat ərzində çox güclü yağdı, su basmalar oldu”.

Bugun.tv – xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov deyib.

“Avropa, Amerika və digər ölkələrdə də bu proseslər olur. Belə hallarla az-az rastlaşdığımız üçün suallar yaranır ki, niyə yollarımız bu vəziyyətə gəldi. Bu kimi proseslərdən sonra hansısa çatışmazlıq olursa, onu da aradan qaldırırlar, müvafiq tədbirlər görürlər. Yağış sonradan fəsadlar törədə bilər, bu kimi hallar təkrarlanarsa, müvafiq qurumlar nəzərə alaraq, tədbirlər görüləcək ki, problem yaranmasın. Çox şükür, Bakı şəhərində ciddi fəsad, ən başlıcası insan itkisi olmadı. Bu, çox önəmlidir”, – deputat bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Lionel Messi heyətdən kənar qaldı

Aynur Camal

ADY Bakıya yeni qatarlar gətirəcək

Aynur Camal

Roma Papası Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu