bio material elm, səth qoruyan biomaterial,
Maraqlı faktlar

Dişləri səhər yeməyindən əvvəl, yoxsa sonra fırçalamaq lazımdır?

Bugun.tv xəbər verir ki, dişləri səhər yeməyindən sonra fırçalamaq ağız boşluğunun gigiyenası baxımından daha səmərəli ola bilər. Bu barədə rusiyalı stomatoloq-gigiyenist, SPLAT Global şirkətinin peşəkar birliyinin rəhbəri Olesya Lavrenova məlumat verib.

Yemək qalıqları bakteriyaların çoxalmasına şərait yaradır

“Health Mail.ru” nəşrinin yazdığına görə, yeməkdən sonra dişlərin fırçalanması qida qalıqlarını təmizləməyə kömək edir. Bu qalıqlarla qidalanan bakteriyalar diş minasını zəiflədən turşular əmələ gətirir. Sadəcə ağızı su ilə yaxalamaq isə dişlərin arasındakı və səthindəki çökəkliklərdə qalan qida hissəciklərini tam təmizləməyə bilər.

Mütəxəssis dişlərin gündə ən azı iki dəfə — səhər yeməyindən sonra və axşam yatmazdan əvvəl fırçalanmasını tövsiyə edir.

Turşulu qidalardan sonra diqqətli olmaq lazımdır

Səhər yeməyində limon, sitrus meyvələri, meyvə şirəsi və digər turşulu qidalar qəbul edilibsə, dişləri dərhal fırçalamaq məsləhət görülmür. Belə hallarda 10–15 dəqiqə gözləmək, ağızı su ilə yaxalamaq və daha sonra dişləri fırçalamaq tövsiyə olunur. Çünki turşulu qidalar diş minasını müvəqqəti olaraq mexaniki təsirə qarşı daha həssas edə bilər.

Mütəxəssis, həmçinin dişləri fırçalayarkən fırçaya həddindən artıq təzyiq göstərməməyi məsləhət görür. Güclü mexaniki təsir diş ətinə və ağızın selikli qişasına zərər verə bilər.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

104 yaşlı tısbağa əməliyyat olunacaq: Dünyanın hər yerindən ona dəstək mesajları gəlir

Aynur Camal

Gülməli heyvan fotoları beynəlxalq müsabiqənin finalına çıxdı

Aynur Camal

Yağış damcılarının səsi düyü toxumlarının daha tez cücərməsinə kömək edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu