ABŞ prezidenti Donald Tramp Netanyahu ilə görüşünün təfərrüatlarını açıqlayıb. Tramp: “Netanyahu ilə İran və bir çox başqa mövzuları müzakirə etdim. Biz hər mövzuda eyni tərəfdəyik” deyib.
ABŞ prezidenti Donald Tramp İsraillə kritik görüş keçirəcəyini açıqlayıb. Tramp İsrailin baş naziri Netanyahu ilə telefon danışığı ilə bağlı Truth Social hesabında açıqlama verib.
İRAN MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUB
Tramp açıqlamasında “İsrailin baş naziri Bibi Netanyahu ilə indicə ticarət və İran da daxil olmaqla bir çox mövzuda danışdım. Görüş çox yaxşı keçdi, bütün mövzularda eyni mövqedəyik” deyib. Tramp və Netanyahunun görüşü ABŞ və İran arasında danışıqların davam etdiyi bir vaxta təsadüf etdiyi üçün vacibdir.
AĞ EVDƏN BƏYANAT GÖZLƏNİR
Ağ Evin telefon danışığı ilə bağlı daha ətraflı açıqlama verəcəyi gözlənilir. ABŞ prezidenti Tramp aprelin 18-də deyib ki, İsrail İranın nüvə obyektlərinə mümkün hücumu “təxirə salmayıb”, lakin indiki mərhələdə bunu etməyə tələsmir.
Mənbə: TgrtHaber