25 C
Baku
27 İyul 2024, 5:04
Dünya

Dörd gün diri-diri basdırılıb və yerin altından qışqıraraq xilas edildi

Moldovada 4 gündür diri-diri basdırılan 62 yaşlı kişi polisin yeraltından kömək çağırışını eşidəndən sonra xilas edilib.

Daily Mail-də çıxan xəbərə görə, Moldova rəsmiləri kişini bazar ertəsi günü 74 yaşlı qadının qohumu tərəfindən öz evində ölü tapılmasından sonra araşdırma apararkən tapıb.

Polis qadının ölümündə şübhəli bilinən şəxsi həbs edib və onun həmin kənddəki evində axtarış apararkən yaxınlıqdan kömək çağırışları eşidib.

Səlahiyyətlilər səslərin gəldiyi yeri qazmağa başlayıb və qocanın kilidli olduğu müvəqqəti məzarın girişini tapıblar.

Kişinin huşunun yerində olduğu və boynunda yara olduğu bildirilib.

Texniki, Cinayət və Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri müəyyən ediblər ki, qətlə yetirilən qadın fiziki hücuma məruz qalaraq və ağır yaralanaraq dünyasını dəyişib.

Səlahiyyətlilər tezliklə qadının 18 yaşlı qohumunu qətl şübhəlisi kimi tanıyıb.

Bildirilib ki, şübhəli şəxs öz evində sərxoş vəziyyətdə aşkarlanıb. Onun polisin dindirilməsi zamanı çaşdırıcı və qeyri-ardıcıl ifadələr verdiyi bildirilir.

Yerin altından çıxarılan şəxs polisə bildirib ki, bu gənclə spirtli içki qəbul edib mübahisə edib.

Daha sonra şübhəlinin bıçaqla kişiyə hücum etdiyi, daha sonra onu zirzəmiyə bağladığı, diri-diri basdırdığı və girişi torpaqla bağladığı iddia edilib.

Qətl və adam öldürməyə cəhd ittihamları ilə polis və prokurorluq orqanları tərəfindən istintaqı davam etdirilən şübhəlinin barəsində həbs-qətimkan tədbiri seçilir. Günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

Xilas edilən şəxs xəstəxanada müalicə olunur.

Yerli sakinlərdən biri ölən qurban haqqında deyib: “O, çox yaxşı qadın idi, onunla heç kimin problemi yox idi”.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya hava limanında sərnişin təyyarələri toqquşdu

Kəmalə Sultan

Yaponiya kəşfiyyat peykini orbitə buraxdı

Bugün TV

Sinqapur təyyarəsində yaranan turbulentliyin səbəbi məlum oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu