11 C
Baku
8 Dekabr 2024, 13:53
Baş xəbərSosial

Dövlət işçilərinə “Əlilliyi olan şəxslərlə peşəkar etik ünsiyyət” mövzusunda təlim keçilib

Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində paytaxtda dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılan Kordinasiya Şurasının üzvülərinə təlim təşkil olunub.

təlim keçirilib
Əlil Qadınlar Cəmiyyətnin növbəti tədbiri keçirilib

Təlimin keçirilməsində məqsəd əlilliyi olan qadın və qızlara qarşı dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Təlimdə əsasən dövlət təşkilatlarının işçiləri və xidmət personalı əməkdaşları üçün əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki bacarıqlar ilə bağlı təlimatlanma aparılmışdır.

Əlill Qadınlar Cəmiyyətinin tədbiri
Günel İbrahim Koordinasiya şurasının üzvlərinə təlim keçir

Təlim zamanı peşəkar təlimçi Günel İbrahim qızı sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlarla peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlara diqqət çəkib.

Əlilliyi olan qadınlar
Tədbir iştirakçıları

Təlim aşağıdakı sahələri əhatə edib:

  • Birgə yaşamaq mədəniyyəti ;
  • Etik davranıış qaydaları;
  • Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz;
  • İctimaiyyətin vəzifəsi;
  • Beyin alimlərinin ixtiraları əsasında davranış kodları;
  • Emosional zəka meyyarları;
  • Xüsusi bədən dili;
  • İş mühitində qeyri verbal göndərmələr xəritəsi;
  • Nitq Formulaları: Xarizmatik nitq. Mütəxəssis nitqi. Motivasiya nitqi;.
  • Narazılıqları sürətli dəf etmə texnikası;
  • Neyro Estetika- beyin məşqləri. Stresədavamlılıq.
Günel İbrahim dövlət qurum işçilərinə təlim keçib
Təlim sonu xatirə fotosu çəkildi

Tədbir “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilir. İcrasına 2022-ci ilin sentyabr ayından başlanılan layihənin müddəti 36 aydır.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Yük maşını aşdı: ölən və yaralananlar var

Aynur Camal

Ölkəmizə gələn əcnəbilərin vizalarının sadələşdirilməsi ilə əlaqədar prezident sərəncam imzaladı

Bugün TV

Ermənistanın TIR şousu davam edir

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu