Digər

Xartum hava limanında BMT-nin təyyarəsi vuruldu

Xartum Beynəlxalq Hava Limanında Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında  toqquşma baş verib. Nəticədə Birləşmiş Millətlər Təşkilatına məxsus bir təyyarə sıradan çıxıb.

Bugun.tv xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

Televiziya yayımlanan kadrlarda təyyarənin gövdəsinin yanmış fraqmentləri əks olunub.

Qeyd edək ki, Sudanda vəziyyət ölkənin idarəetmə orqanına rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə Sürətli Qərargahın rəhbəri Məhəmməd Həmdan Daqalo (Hemidti) arasında fikir ayrılığı səbəbindən gərginləşib. Bu gün səhər saatlarında Merowe şəhərində və Sudanın paytaxtı Xartumda hərbi baza yaxınlığında iki qüvvə arasında toqquşma baş verib. Əl-Cəzirə telekanalının məlumatına görə, toqquşmalarda azı 3 mülki şəxs həlak olub, onlarla insan yaralanıb.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

İstanbulda leysan fəsadları: yüzlərlə ev su altında qaldı, ölənlər var

Aynur Camal

“Birgə təşəbbüslər və ortaq maraqlar Azərbaycan–Laos tərəfdaşlığını gücləndirir”

Aynur Camal

Meloni Ukrayna üzrə danışıqlarda üç ölkədən ibarət formatı istisna etmədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu