Xartum Beynəlxalq Hava Limanında Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında toqquşma baş verib. Nəticədə Birləşmiş Millətlər Təşkilatına məxsus bir təyyarə sıradan çıxıb.
Bugun.tv xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Televiziya yayımlanan kadrlarda təyyarənin gövdəsinin yanmış fraqmentləri əks olunub.
Qeyd edək ki, Sudanda vəziyyət ölkənin idarəetmə orqanına rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə Sürətli Qərargahın rəhbəri Məhəmməd Həmdan Daqalo (Hemidti) arasında fikir ayrılığı səbəbindən gərginləşib. Bu gün səhər saatlarında Merowe şəhərində və Sudanın paytaxtı Xartumda hərbi baza yaxınlığında iki qüvvə arasında toqquşma baş verib. Əl-Cəzirə telekanalının məlumatına görə, toqquşmalarda azı 3 mülki şəxs həlak olub, onlarla insan yaralanıb.
Mənbə:TASS
