25 C
Baku
27 İyul 2024, 4:29
Dünya

Dünya bayraqlarında niyə bənövşəyi rəngə üstünlük verilmir?

Bəzi bayraqlar son dərəcə rəngli görünsə də, demək olar ki, heç bir milli bayraqda görməyəcəyiniz bir rəng var. Keçmişdən bu günə qədər dünyanın 195 ölkəsindən yalnız üçünün bayraqlarında rast gəlinən bənövşəyi rəngin nadir olmasının səbəbi dəniz ilbizinin hədsiz bahalaşmasına gedib çıxır.

Bənövşəyi piqment tarix boyu əldə edilməsi ən çətin və bahalı rənglərdən biri olmuşdur. Qədim dövrlərdə bənövşəyi boya yalnız Aralıq dənizində yaşayan bəzi dəniz ilbizlərindən (murex) alınırdı.

Bir qram boya istehsal etmək üçün təxminən 10 min ilbizin tələb olunduğu bir vaxtda bənövşəyi boyanın alınması zəhmətli və baha başa gəlirdi. Buna görə də, bənövşəyi rəng tez-tez krallıq və zadəganlıqla əlaqələndirilirdi.

Bütün bunlar bir araya gələndə bənövşəyi boya o dövrdə dünyanın ən qiymətli maddələrindən birinə çevrildi.

Boyanın sərvət və güclə əlaqəsi onu bütün qədim dünyada Royalti rənginə çevirdi.

Bəzi Roma imperatorları hətta başqalarına bənövşəyi paltar geyinməyi qadağan edən qanunlar qəbul etdilər.

Bu gün bənövşəyi rəng əldə etmək üçün daha ucuz alternativlər var, lakin hələ də dünyada yalnız iki ölkə bayrağında çox az miqdarda bənövşəyi rəng var.

Bu iki ölkə bənövşəyi Sisserou tutuquşusunun tapıldığı kiçik Dominika ada dövləti və göy qurşağında az miqdarda bənövşəyi rəngin olduğu Nikaraquadır.

Tarixən, İkinci İspaniya Respublikasının bayrağında da böyük bənövşəyi panel var idi, lakin bu, yalnız 1931-1971-ci illərdə istifadə edilmişdir.

Bənövşəyi rəngə malik müasir bayraqların hər ikisi kifayət qədər yaxınlarda qəbul edildi, bu da onların ənənəni pozması kimi şərh edilə bilər. Bənövşəyi rəngin yüksək qiyməti bu rəngin geniş istifadəsinə mane olurdu. Nəticədə bayraqlarda bənövşəyi rəngdən istifadə nadir hal alıb.

Bayraqlar xalqların tarixini, mədəniyyətini və dəyərlərini əks etdirsə də, ümumiyyətlə qırmızı, ağ, mavi və yaşıl kimi daha çox yayılmış rənglərə üstünlük verilir. Bənövşəyi rəngin simvolik mənası bəzi mədəniyyətlərdə önəmli olsa da, əksər xalqların tarixi və mədəni simvolları bu rənglərlə ifadə olunur.

Yekun olaraq qeyd edək ki, bənövşəyi rəngin bayraqlarda nadir hallarda istifadə edilməsinin əsas səbəbləri arasında tarixi piqment dəyəri, geniş istifadə edilməməsi və ənənəvi simvolik mənalar var.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Aksiyada daha 41 nəfər həyatını itirdi

Aynur Camal

ABŞ-da havaya qalxan zaman təyyarənin mühərrik qapağı çıxıb və qanad qapağına dəyib

İntizar Əmirova

2024-cü ilin ən yaxşı turizm iqtisadiyyatına malik ölkələr açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu