Baş xəbər

“Dünya bilsin ki, biz yəhudi xalqı olaraq ermənilərin son bəyanatına etiraz edirik!” – Ravvin Şmuel Simantov çağırış etdi

“Ermənistan tərəfindən verilən yersiz bəyanatlar icma olaraq, bizi hiddətləndirir, əsəblərimizə toxunur. Hansı ki, onlar bu bəyanatları yalan və iftiradır. Bununla dünyanın diqqətinin cəlb etmək istəyirlər. Yalan olaraq özlərini “holokost” adlandırırlar”.

Bu fikirləri İsrailin Təl-Əviv şəhərində dağ yəhudilərinin ravvini və onların icma sədri Şmuel Simantov Bugun.tv-yə müsahibəsində bildirib. “Əslində isə “holokost”un nə olduğunu bilmirlər. Bu yəhudilərə aid ifadədir. Bu biz yəhudilərin başına gələn ağır bir soyqırım aktı olub. Ermənilərin özləri bilməsələr də, biz yəhudilər “holokost”un nə olduğunu çox gözəl bilirik. Əksinə, bütün Qarabağı cəhənnəmə çevirən həmin o ermənilər bugünkü gündə bəyanat verirlər ki, guya Azərbaycan xalqı onları “holokost” edir. Bu böyük bir yalandır, absurddur. Bütün dünya bunu, həqiqətləri bilməlidir. Fransada olan ermənilər və bugünkü gündə İran, Livan kimi dövlətlərdə olan erməni lobbisinə görə onlar da sıxıntıdadır. Ermənilər həmin ölkələrdə belə yalan bəyanatlar yaymaqla güclənmək istəyirlər. Bir daha demək istəyirəm, bu, tamamilə iftiradır. Əziz dostlar, xahiş edirəm bu yazını hər tərəfə göndərin və bilin ki, biz yəhudi xalqı kimi tamamilə buna qarşıyıq və narazıyıq”, – ravvin Ş.Simantov çağırış edib.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Aydın Quliyev: “Azərbaycan Laçın yolunu öz nəzarətinə götürməsi siyasətini davam etdirməlidir”

Bugün TV

Rusiya xüsusi hərbi əməliyyata hazırlaşır

Aynur Camal

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanovanın tövsiyəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu