18 C
Baku
8 Sentyabr 2024, 6:05
Baş xəbər

Dünya liderlərindən Türkiyəyə başsağlığı mesajları

İstanbulun İstiqlal küçəsində baş verən partlayışda ilkin məlumata görə, 6 nəfər həyatını itirib, 53 nəfər isə yaralanıb.

Bugun.tv xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra dünya liderləri Türkiyəyə başsağlığı verib.

Liderlərin başsağlığı mesajları belədir:

Azərbaycan Prezidenti İlham Əliyev: İstanbulun mərkəzində partlayış xəbəri bizi çox sarsıtdı. Faciə ilə əlaqədar, həlak olanların ailələrinə və yaxınlarına, öz adımdan və Azərbaycan xalqı adından, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Ukrayna Prezidenti Vladimir Zelenski: İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndim. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir.

Pakistanın Baş naziri Şahbaz Şərif: Pakistan hökuməti və xalqı həyatını itirən qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiya Ukraynada irəliləməkdə davam edir: 2 yaşayış məntəqəsini ələ keçirdik

Aynur Camal

Avtobus uçuruma yuvarlandı!

Bugün TV

Daşqın nəticəsində ölənlərin sayı 40-a çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu