25 C
Baku
27 İyul 2024, 3:52
DünyaMədəniyyət

Dünya ölkələrinin maraqlı Yeni il adətləri

Yeni ilə sayılı günlər qalıb. Bu bayram  hər bir ölkədə fərqli, özünəməxsus şəkildə qeyd olunur.

Yeni il həm də yeni arzu və ümidlər  deməkdir. Düzdür, növbəti ilin bizə hansı sürprizlər gətirəcəyini bilmək mümkünsüzdür, amma bir çox ölkələrdə yeni ilin ağrı-acısız, xoş keçməsi üçün bu bayram fərqli şəkildə qeyd edilir.

Bugun.tv dünya ölkələrində mövcud olan maraqlı Yeni il adətlərini təqdim edir:

Yaponiyada əhali  ili təhvil verilən heyvanın maskasını taxaraq, 108 dəfə zəng çalınan məbədə toplaşır.

Kolumbiyada yeni ili səyahətlərlə keçirmək üçün insanlar çamadanla şəhərdə gəzirlər.

İspanlar saat 12 olan  kimi ayları və uğuru simvolizə etdiyi üçün 12 üzüm giləsi yeyirlər.

Peruda Yeni il günü Takanakuy festivalı keçirilir. Bu festivalda  insanlar bir-birini yumruqlayaraq, növbəti ili daha xoş keçirəcəklərini düşünürlər.

Sibirlilər soyuq hava şəraitinə baxmayaraq, buzlu suya girirlər.

Vyetnamda Yeni ilin ilk günü Tet Nquen Dan adlı dövlət bayramı keçirilir .Üç gün davam edən bayramda  yeni ilin simvolu sayılan  ərik və şaftalı ağacları satılır.

Çində isə Yeni ilin simvolu zəng hesab olunur. İnanca görə, zəngdən sonra gələn güclü səs evi  evə bədbəxtlikdən qoruyur və uğur gətirir.

Şotlandiyada isə bayram günü şəlləyi yandıırb küçə boyu sürürlər. Bununla da  köhnə ili yandıırb yeni ilin yolunu işıqlandırdıqlarına inanırlar.

Bayramı harda və necə keçirməyinizdən asılı olmayaraq,arzu edirik ki, yeni ildə hər şey ürəyinizcə olsun. Bayramınız mübarək!

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Kiyevə raket düşdü

Aynur Camal

Dağıstanda itkin düşən 22 yaşlı tələbənin axtarışında yeni təfərrüatlar üzə çıxdı

Bugün TV

Dmitri Peskov: “Fransa və Britaniyanın nüvə arsenalı ABŞ-ın nəzarəti altındadır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu