23 C
Baku
28 Sentyabr 2026, 21:35
Dünya

Dünyada ət qıtlığı təhlükəsi artır

Bugun.tv xəbər verir ki, dünyada mal əti istehsalında azalma və istehsal xərclərinin artması gələcəkdə ət bazarında ciddi təklif probleminə səbəb ola bilər.

Bu barədə Al Jazeera yazıb. Nəşrin məlumatına görə, dünyanın üç əsas mal əti istehsalçısı – Braziliya, ABŞ və Çində mal-qara sayı azalır. Bu ölkələr birlikdə dünya mal əti istehsalının yarıdan çoxunu təmin edir.

ABŞ Kənd Təsərrüfatı Departamentinin hesablamalarına əsasən, Braziliyada mal-qaranın sayı 2024-cü illə müqayisədə təxminən 8 faiz azalaraq 177,4 milyon başa düşüb. ABŞ-da mal-qara sayı 86,2 milyon başla tarixi minimumlardan birinə enib. Çində isə 2026-cı ilin əvvəlində mal-qara sayı 94 milyon baş olub ki, bu da 2024-cü illə müqayisədə 14 faiz azdır.

Mütəxəssislər azalmanın əsas səbəbləri sırasında quraqlığı, yem və digər istehsal xərclərinin bahalaşmasını, eləcə də heyvandarlıq üçün əlverişli şəraitin zəifləməsini göstərirlər.

Al Jazeera qeyd edir ki, mal-qara sayının bərpası qısa müddətdə mümkün deyil. Çünki heyvanın yetişdirilməsi və yeni nəsil mal-qaranın bazara çıxması illər tələb edir.

Avropada isə istehlakçıların mal və donuz ətindən quş ətinə yönəlməsi müşahidə olunur. Analitiklər qarşıdakı illərdə quş ətinin daha sürətlə artan əsas ət məhsullarından biri olacağını gözləyirlər.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Kosmosda niyə qəbizlik yaşanır

Aynur Camal

Rusiya dizel ixracını daha bir ay qadağan edən sənəd hazırlayır

Aynur Camal

İtinizlə eyni yataqda yatmaq sağlamlığa zərər verə bilərmi?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu