Avstraliya Senatı 34 lehinə, 19 əleyhinə səslə 16 yaşdan kiçik şəxslərin sosial mediaya qadağasını qəbul edib. Avstraliya 16 yaşdan kiçik insanlara sosial media qadağası tətbiq edərək dünyada belə bir qadağa tətbiq edən ilk ölkə oldu.
Avstraliyada parlamentin aşağı palatası olan Nümayəndələr Palatası dünən Avstraliyanın Baş naziri Entoni Albanesenin daha əvvəl elan etdiyi 16 yaşdan kiçik insanlara sosial media qadağasını 13 “xeyr” səsinə qarşı 102 “hə” səsi ilə qəbul edib. Nümayəndələr Palatasının ardınca bu gün Avstraliya Senatı da qadağaya səs vermək üçün toplaşıb. Gecə boyu davam edən senatın iclasında 19-un əleyhinə 34 səslə 16 yaşdan kiçik şəxslərin sosial media qadağası qəbul edilib.
Avstraliya 16 yaşdan kiçik insanlara sosial media qadağası tətbiq edərək dünyada belə bir qadağa tətbiq edən ilk ölkə oldu.
2025-ci ilin noyabrında qüvvəyə minməsi gözlənilən qadağa həm də ciddi sosial media nəzarətini gətirir. Sosial media qadağası dəyişikliklərin qanuna çevrilməmişdən əvvəl təsdiqlənməsi üçün hökumətin çoxluq təşkil etdiyi Nümayəndələr Palatasına göndəriləcək. Oyun və mesajlaşma platformaları və hesabsız daxil oluna bilən saytlar qadağadan azad ediləcək. Müxalifətin də dəstəklədiyi qadağa, bu günə qədər dünyada sosial mediadan istifadə üçün ən yüksək yaş həddi gətirir. Qanun layihəsi çərçivəsində yaş məhdudiyyətini tətbiq etmək üçün biometrik və ya şəxsiyyət məlumatlarını daxil edə bilən yaş yoxlama sisteminin sınaqdan keçirilməsi planlaşdırılır.
Instagram, Facebook, TikTok, X və Snapchat kimi məşhur sosial media şəbəkələrinin də yer alacağı gözlənilən qadağaya əməl etməyən sosial media platformalarının 32 milyon dollar cərimə ediləcəyi gözlənilir.
Mənbə: Hurriyet.Tr