dünya əhalisi, yaşlı insanların sayı, uşaqların sayı, demoqrafik dəyişiklik, doğum səviyyəsi, əhalinin qocalması, 2060 dünya əhalisi, ABŞ Əhali Siyahıyaalma Bürosu
Dünya

Dünyada ilk dəfə yaşlı insanların sayı 5 yaşadək uşaqların sayını ötdü

Bugun.tv xəbər verir ki, dünyada 65 yaş və daha yuxarı insanların sayı tarixdə ilk dəfə 5 yaşadək uşaqların sayını ötüb.

Bu barədə ABŞ Əhali Siyahıyaalma Bürosunun hesabatında qeyd olunur. Məlumatı Axios portalına istinadən Health Mail yayıb.

Mütəxəssislərin məlumatına görə, dünyada yaranmış bu demoqrafik dəyişiklik əsasən doğum səviyyəsinin qlobal miqyasda azalması və insanların orta ömür müddətinin artması ilə əlaqədardır.

Hesabata əsasən, 2025-ci ildə dünyada 65 yaş və daha yuxarı insanların sayı təxminən 852 milyon nəfər təşkil edir. Proqnozlara görə, bu göstərici 2060-cı ilə qədər 2 milyard nəfərə qədər yüksələcək.

Eyni zamanda, dünya əhalisinin ümumi sayının da artmaqda davam edəcəyi gözlənilir. Proqnozlara əsasən, 2060-cı ildə Yer kürəsinin əhalisi 10,23 milyard nəfərə çatacaq.

Demokratik dəyişikliklər bir sıra ölkələrdə artıq əmək bazarına, səhiyyə sisteminə, pensiya təminatına və sosial xidmətlərə təsir göstərir. Yaşlı əhalinin sayının artması hökumətləri səhiyyə və sosial müdafiə sistemlərini uzunmüddətli demoqrafik dəyişikliklərə uyğunlaşdırmağa vadar edə bilər.

Mütəxəssislər hesab edirlər ki, doğum səviyyəsinin azalması və insanların daha uzun ömür sürməsi yaxın onilliklərdə dünyanın demoqrafik mənzərəsini daha da dəyişəcək.

Mənbə: Health Mail

Aynur Camal

Oxşar xəbərlər

Alimlər qocalmanın təsirlərini azaltmağa ümid verən dəniz canlısı maddəsi aşkarlayıblar

Aynur Camal

Tramp mal ətinin mənşə ölkəsinin etiketlənməsi ilə bağlı sərəncam imzalayacaq

Aynur Camal

Yanacaq böhranı: Vətəndaşlar benzin üçün saatlarla növbə gözləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu