3 C
Baku
19 Yanvar 2026, 16:10
Baş xəbərSosial

SOS! Dünyada su ehtiyatı azalır! – ARAŞDIRMA

Bugun.tv xəbər verir ki, Science jurnalında dərc olun məlumata görə, yer üzündəki su həcminin yüzdə 95-ni təşkil edən 1972 göl araşdırılıb. Bunun üçün göllərdə su itkisini ayrıca ölçmək üçün su modeli yaradılıb.

Washington Post yazır ki, araşdırma nəticəsində məlum olub ki, dünyanın ən böyük göllərinin 53 faizi 1992-2020-ci illər arasında ildə orta hesabla 19-24 giqaton su itirib. Bunun ABŞ-da bir ildə istifadə olunan suyun miqdarına bərabər olduğu vurğulanıb.

Su itkisinin təxminən 36 faizinin iqlim dəyişikliyindən qaynaqlandığı, buxarlanan suyun miqdarının artdığı müəyyən edilib. İtkilərin təxminən yüzdə 20-nin insanların su istehlakından qaynaqlandığı anlaşılıb.

Qeyd edilir ki, su itkilərinin dəqiq monitorinqi aparılır. Buna səbəb olan amillərin müəyyən edilməsinə kömək olacaq araşdırmalar 2 milyarda yaxın insanı əhatə edir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Aynur Camal

Bakıda İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi rəsmi təqdimatını keçirdi

Aynur Camal

Azərbaycan “Mastercard”la tranzit daşımaları üzrə əməkdaşlığı müzakirə edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu