19 C
Baku
8 Sentyabr 2024, 3:24
Dünya

Dünyanı narahat edən Rusiyadan köç!

Rusiyadan bütün dünyanı narahat edən bir addım gəlib. Rusiya Müdafiə Nazirliyi nüvə silahı təliminin ikinci mərhələsinin başladığını açıqlayıb. Vladimir Putinin qərarı ilə Rusiya qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinə keçib. Bütün dünyanı narahat edən bu addımdan sonra nazirlikdən verilən açıqlamada “Təlim zamanı Rusiya və Belarus silahlı qüvvələrinin qeyri-strateji nüvə silahlarının müharibədə istifadəsi ilə bağlı birgə təlim məsələləri üzərində işləyəcəyi” bildirilib. Bəyanatda təlimin Rusiya-Belarus İttifaqı dövlətinin suverenliyi və ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsi məqsədi ilə həyata keçirildiyi, məqsədin şəxsi heyətin və texnikanın hazırlığını təmin etmək olduğu vurğulanıb.

Təlimin birinci mərhələsində Cənub Hərbi Dairəsindəki raket bölmələri “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə üzrə təlim keçib.

Həmçinin bildirilib ki, Rusiya Aerokosmik Qüvvələrinin xüsusi döyüş bölmələri aviasiya silahları, o cümlədən “Kinjal” aeroballistik hipersəs raketləri ilə təchiz olunub və təyin olunmuş patrul bölgələrinə uçuşlar həyata keçirir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yeni doğulan körpəsini vəhşicəsinə qətlə yetirdi

Aynur Camal

Həkimlərin zorakılığa məruz qalması davam edir

Aynur Camal

İran və İraq arasında yeni dəmir yolu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu