25 C
Baku
27 İyul 2024, 6:54
DigərDünya

İşğal rejiminin reputasiyasını qorumaq üçün ABŞ-dan turlar!

ABŞ dövlət katibi Antoni Blinken müqavimətin aldığı ağır zərbələrdən sonra işğal rejiminin kabinetindəki istefalar səbəbilə Yaxın Şərq turuna çıxıb.

Yaxın Şərq turu çərçivəsində işğal altındakı Fələstin torpaqlarına gedən Blinken, döyüş kabinetindən istefa verən işğalçılarla görüşüb.

İşğal rejiminin törətdiyi soyqırım və qırğınlara məhəl qoymayan Blinken “yeganə məqsədin” HƏMAS-ın əlində olan 120 əsiri öz evlərinə qaytarmaq olduğunu bildirib.

İşğal rejiminə səfərdən əvvəl Misirdə təmaslar aparan Blinken Qətər və Misiri atəşkəs razılaşmasını imzalamaq üçün HƏMAS-a təzyiq göstərməyə çağırıb.

Dünən baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant ilə görüşdüyü iddia edilən Blinken, bu gün əvvəl prezident İsaak Hersoqla görüşüb.

Blinken əvvəlki səfərlərində “Mən burada ABŞ dövlət katibi kimi deyil, bir yəhudi kimiyəm” deyərək soyqırımı müdafiə etmişdi.

Blinkenin yenidən Yaxın Şərq turu 8 aydan artıqdır müqavimətə ağır zərbələr alan işğalçı rejimin nüfuzunu xilas etmək səyləri kimi qiymətləndirilir.

Mənbə: İLKHA

Kəmalə Sultan

Oxşar xəbərlər

İzdihamda 79 nəfər öldü

Nigar Məmmədova

ECOWAS Nigerə qarşı sanksiyaları uzadıb

Teymur Əziz

ABŞ silah tədarükünü kəsir/ İsrail: “Rəfaha hücum etmək üçün kifayət qədər silahımız var”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu