Baş xəbərMaraqlı faktlar

Dünyanın ən “səs-küylü adam”ı müəyyənləşdi: Təyyarənin qalxmasına bərabər səs çıxarır

Bugun.tv xəbər verir ki, Avstraliyada yaşayan 58 yaşlı Cozef MakQreyl-Bateup dünyanın ən gur səsli kişisi kimi tanınıb.

Peşəkar kondisioner təmizləyicisi və Kanberranın fəxri şəhər carçısı olan MakQreyl-Bateup 122,4 desibel gücündə qışqıraraq əvvəlki rekordu yeniləyib. Onun “indi” sözünü səsləndirməsi zəncirli mişarın, havaya qalxan reaktiv təyyarənin və yaxından eşidilən təcili yardım sireninin yaratdığı səs səviyyəsinə bərabər olub.

Bununla o, 1994-cü ildə 121,7 desibellik nəticə göstərmiş Şimali İrlandiyalı müəllim Annalisa Flanaqanın rekordunu geridə qoyub. MakQreyl-Bateup bildirib ki, rekorda hazırlaşmaq üçün xüsusi məşq etmək mümkün deyil.

“Yeddi dəfə cəhd etdim və növbəti bir neçə gün səsim tutuldu. Xırıltılı danışırdım. Amma bunu etmək çox əyləncəlidir”, – deyə o bildirib.

MakQreyl-Bateup özünü dünyanın ən gur səsli insanı deyil, ən gur səsli kişisi hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, Annalisa Flanaqan hələ də dünyanın ən gur səsli qadını olaraq qalır.

Qeyd edək ki, rekord cəhdi mayın 2-də Kanberrada yerləşən radio studiyasında peşəkar akustik mühəndisin və şahidlərin iştirakı ilə qeydə alınıb. Ginnesin Rekordlar Kitabı nəticəni ötən həftə təsdiqləyib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Deputat Malayziya Senatının Prezidenti ilə viza liberallaşdırılmasını müzakirə etdi

Aynur Camal

Vüqar Bayramov: Malayziya iş adamları Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır

Aynur Camal

Qərbi Azərbaycanın mədəni irsi III Konqres-Festivalda müzakirə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu