Maraqlı faktlar

Hindistanlı alimlər Antarktidada qardan bayram fiquru hazırladılar

Bugun.tv xəbər verir ki, Hindistanın Antarktidadakı Maitri tədqiqat stansiyasında çalışan alimlər Qaneş bayramını qeyri-adi şəkildə qeyd ediblər.

“Times of India”nın məlumatına görə, Milli Qütb və Okean Araşdırmaları Mərkəzinin əməkdaşları bayram münasibətilə qardan Qaneş fiquru hazırlayıblar.

Tədqiqatçılar hazırladıqları fiqurun ətrafında dini mərasim keçirib, daha sonra birlikdə ənənəvi şirniyyat olan modaklardan yeyiblər. Bayram tədbiri stansiyada çalışan həkim Anirudh Dhar tərəfindən lentə alınıb və sosial şəbəkədə paylaşılıb.

Maitri stansiyası Şərqi Antarktidada, Şirmaker vahəsində yerləşir. Hindistanın qitədəki ikinci daimi tədqiqat stansiyası olan Maitri sahildən təxminən 100 kilometr məsafədə yerləşir.

Alimlər qardan hazırladıqları fiquru sonradan su ilə dolu qabda əridiblər. Bu üsul onların sözlərinə görə, bayram ənənəsini Antarktida şəraitinə uyğunlaşdırmağa imkan verib.

Mənbə: TimesOfIndia

Aynur Camal

Oxşar xəbərlər

Afrika fillərinin “dərmanları” təbiətdə ola bilər

Aynur Camal

Vitamin C qan xəstəlikləri olan pasiyentlərdə ümidverici nəticə göstərib

Aynur Camal

3 min 200 illik Kadeş Sülh Müqaviləsinin yeni parçası tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu