Dünya

Dünyanın ən uzun müsahibəsi rekordu!

Nigeriyalı Amerikanın rekordunu qırıb: Dünyanın ən uzun müsahibəsini verdi.

Afrikanın qərbində yerləşən Nigeriyada Klara Çizoba Kronborq adlı qadın 55 saat 24 saniyəlik müsahibə apararaq Ginnesin Rekordlar Kitabına düşüb. Beləliklə, o, dünyanın “ən uzun müsahibəsi”ni verən şəxs olub.

Ginnesin Rekordlar Kitabının verdiyi açıqlamaya görə, Kronborq YouTube hesabında 55 saat 24 saniyə davam edən müsahibə verib.

Bu performans sayəsində Kronborq dünyanın “ən uzun müsahibi” oldu.

YouTube-da tok-şou təşkil edən Kronborg müxtəlif ölkələrdən siyasətçilər, iş adamları, kontent prodüserləri, aktyorlar, daşınmaz əmlak agentləri və bir çox başqa peşələrdən olan 90 nəfərdən müsahibə götürüb.

Müsahibələr zamanı hər bir qonağın öz ixtisası üzrə uğur qazanması ilə bağlı mövzular müzakirə olunub.

O, AMERİKANIN REKORDUNU ARXA QOYDU

Kronborq 37 saat 44 dəqiqə müsahibə apararaq amerikalı Rob Oliverin 2022-ci ildə təyin etdiyi Ginnesin Rekordlar kitabını üstələyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

III Çarlz rəsmi şəkildə Britaniya Kralı elan olunub

Aynur Camal

Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın Xarkov vilayətinə hücumunu “son dərəcə təhlükəli məqam” adlandırıb

Aynur Camal

“Lazım gələrsə, birbaşa hərəkətə keçərik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu