Səhiyyə

Duş, yoxsa vanna? Mikrobioloqdan təmizliklə bağlı maraqlı açıqlama

Bugun.tv xəbər verir ki, alimlər duş və vanna qəbulunun gigiyenik təsirlərini müqayisə edərək hansının daha təmizləyici olduğunu müəyyənləşdiriblər.

Primrose Freestone bildirib ki, vanna qəbul edərkən su dəyişmədiyi üçün dəridəki bakteriyalar sadəcə bədənin müxtəlif hissələrinə yenidən yayılır. Onun sözlərinə görə, uzun müddət vannada qalmaq insanı tam təmizləmir, əksinə bakteriyaların suda toplanmasına səbəb olur.

Mütəxəssis qeyd edib ki, duş zamanı isə axan su dəridəki mikrobları, tər qalıqlarını və ölü hüceyrələri daha effektiv şəkildə uzaqlaşdırır. Daim yenilənən su axını dərinin səthini təmizləyərək daha yüksək gigiyena təmin edir.

Bununla belə, alim vannanın da üstünlüklərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, isti vannalar əzələ ağrılarını azaltmağa, stressi yüngülləşdirməyə və qan dövranını yaxşılaşdırmağa kömək edir.

Ekspertlər ən yaxşı variantın əvvəlcə vannada rahatlamaq, sonra isə qısa müddətli duş qəbul etmək olduğunu bildirirlər. Bu üsul həm istirahət, həm də gigiyena baxımından daha effektiv hesab edilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Həkim: Şəkərsiz qəhvə arıqlamağa kömək edə bilər

Aynur Camal

Arıqlama dərmanları döş xərçəngi riskini 30 faizə qədər azalda bilər

Aynur Camal

İyunda maqnit qasırğaları gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu