Bugun.tv xəbər verir ki, onlayn hərracda 657 x 222,700 mikron ölçüsündə kiçik çanta 63 min dollara satışa çıxarılıb. İnsan gözünə çətinliklə görünən flüoresan sarımtıl yaşıl çanta məşhur brendin dizaynına əsaslansa da, Nyu-Yorkdakı bir sənət kollektivinin işidir.
MSCHF qrupu, çantanın ensiz və dəniz duzundan kiçik olduğunu görə, ona “Mikroskopik Əl çantası” ləqəbi verib. O mikro miqyaslı plastik hissələrin 3D çapı üçün istifadə edilən istehsal texnologiyası ilə hazırlanıb. Görmək üçün rəqəmsal displeylə təchiz olunmuş mikroskopla birlikdə satılır.
Çanta amerikalı musiqiçi, prodüser və dizayner Pharrell Williams tərəfindən təsis edilmiş onlayn hərrac evində satılır.
Mənbə:TRT Haber