Bugun.tv xəbər verir ki, Pakistan Əfqanıstan ərazisində pilotsuz uçuş aparatlarının saxlanıldığı və buraxıldığı bildirilən 10 əraziyə hava zərbələri endirib.
Al Jazeera-nın məlumatına görə, Pakistanın hava hücumları Əfqanıstanın Qəndəhar, Pəktiya və Host vilayətlərinə yönəlib.
Əfqanıstanın Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid hava zərbələri nəticəsində azı 4 nəfərin öldüyünü bildirib. O, Pakistanın hücumlarına “müvafiq cavab” veriləcəyini açıqlayıb.
Pakistanın informasiya naziri Attaullah Tarar isə hava zərbələrinin dəqiq müəyyən edilmiş hərbi hədəflərə qarşı həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyatlar Pakistan ərazisinə pilotsuz uçuş aparatları ilə edilən hücumlara cavab olaraq həyata keçirilib.
Əfqanıstan tərəfi isə Pakistanın ittihamlarını rədd edərək Taliban hökumətinin Pakistana qarşı pilotsuz uçuş aparatları göndərmədiyini bildirib.
İki ölkə arasında gərginliyin artması Çin, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının vasitəçilik səylərinə də təsir göstərə bilər.
Mənbə: Al Jazeera
