Baş xəbərSosial

Ekoloji fəalların dinc etiraz aksiyası 78 gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı 78-ci gündür ki, Xankəndi-Laçın yolunda dinc etiraz aksiyası keçirilir.

Aksiya iştirakçıları ənənəvi olaraq günə Azərbaycanın Dövlət Himninin ifası ilə başlayıblar. Aksiyanın məqsədi dəyişməz olaraq qalır. Ekoloji fəallar və gənc könüllülər Azərbaycan cəmiyyətinin haqlı narazılığını bildirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edirlər.

Onlar yüksək fəallıq nümayiş etdirməkdə davam edir, möhkəm iradə və əzmkarlıq nümayiş etdirir, dünya ictimaiyyətini ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə çağırırlar. Nümayişçilər hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətinə mane olmadan “Azərbaycan onun mineral sərvətlərinin sahibidir!”, “Ekoloji cinayətlərə son!”, “Ekoterrora son!”, “Təbiəti qoruyaq!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”- şüarları səsləndirirlər.

Aksiya iştirakçılarının təhlükəsizliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və əraziyə cəlb olunmuş polis qüvvələri tərəfindən yüksək səviyyədə təmin edilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3 və 7-də RHK komandanlığı ilə aparılmış danışıqlar nəticəsində İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Əmlak Xidmətinin və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasının müvəqqəti olaraq sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycanda faydalı qazıntı yataqlarının, habelə bununla bağlı ekoloji və digər problemlərin ilkin monitorinqini aparılmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmayıb. 2022-ci il dekabrın 12-dən isə artıq azərbaycanlı ekoloji fəallar, könüllülər və vətəndaş cəmiyyəti nümayəndələri ekoloji terrora və faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması tələbi ilə dinc aksiyaya başlayıblar. Mənbə: Azərtac

Aynur Camal

Oxşar xəbərlər

Meşə sahəsində yanğın baş verdi: Müdaxilə davam edir

Bugün TV

Cənubi Qafqazdakı vəziyyət Ermənistan üçün də fürsətdir

Bugün TV

Yük maşını avtomobillə toqquşdu: 2 ölü, 3 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu