33 C
Baku
3 Sentyabr 2025, 17:07
Baş xəbərSosial

“Ekran vaxtı” uşaqların və gənclərin ürək sağlamlığına təhlükə yaradır

Amerika Ürək Dərnəyinin jurnalında dərc olunan yeni tədqiqata görə, uşaqlar və gənclər arasında uzunmüddətli “ekran vaxtı” yüksək qan təzyiqi, xolesterin və insulin müqaviməti kimi kardiometabolik riskləri artıra bilər.

Bugun.tv xəbər verir ki, “MedicalXpress” portalına istinadla xəbər verir ki, Danimarkada 1000-dən çox iştirakçı üzərində araşdırma aparılıb. Məlum olub ki, gündəlik əyləncə məqsədli “ekran vaxtı” (TV, oyun, telefon, planşet, kompüter) nə qədər çox olsa, risk də o qədər artır. Gec və az yatmaq “ekran vaxtı”nın riskini daha da gücləndirir. “Ekran vaxtı” ilə riskin təxminən 12 faizi yuxu müddətinin azlığı ilə əlaqələndirilir. Bundan başqa, qanda “ekran vaxtı barmaq izi” kimi metabolik dəyişikliklər aşkarlanıb. Bu, ekran vərdişlərinin bioloji təsirini sübut edir.

Mütəxəssislər tövsiyə edirlər ki, “ekran vaxtı”nı, xüsusilə yatmazdan əvvəl tədricən azaltmaq lazımdır. Yuxu rejimini normallaşdırmaq və sağlam ekran vərdişləri yaratmaq önəmlidir. Həmçinin valideynlər nümunəvi davranışla uşaqları buna yönləndirməlidirlər. Çünki uzunmüddətli “ekran vaxtı” uşaqlarda və gənclərdə ürək və metabolik sağlamlıq üçün ciddi risklər yaradır. Balanslı gündəlik rejim və keyfiyyətli yuxu bu risklərin qarşısını almaqda mühüm rol oynaya bilər.

Mənbə: AZƏRTAC

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Ölkəmiz Rusiya Milli Teatrları Konqresində fəxri qonaq oldu 

Aynur Camal

Beyləqan rayonunda daha 3 ədəd odlu silah polisə təhvil verildi

Kəmalə Sultan

Qərbi azərbaycanlıların deportasiyasına dair konfrans keçiriləcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu