Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Digər

Ekspert: ABŞ–İran danışıqları kulminasiya mərhələsinə çatıb

Siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə ABŞ ilə İran arasında aparılan danışıqlar prosesini şərh edib.

Onun sözlərinə görə, ABŞvə İran arasında diplomatik təmaslar hazırda kulminasiya nöqtəsinə çatıb.

İSLAMABAD GÖRÜŞÜ BAŞ TUTMADI

Ekspert bildirib ki, tərəflər arasında İslamabad şəhərində planlaşdırılan üzbəüz görüş baş tutmayıb. Onun fikrincə, Tehran danışıqlar prosesini manipulyasiya etməyə çalışır.

Əsədullazadə qeyd edib ki, Vaşinqton konkret nəticə – saziş imzalanmasını tələb edir və sadəcə danışıqlar xatirinə prosesə qoşulmaq niyyətində deyil. Bu kontekstdə Donald Trumpın “İranın təklifi varsa, birbaşa əlaqə saxlasın” mövqeyi də diqqətə çatdırılıb.

İRAN DİPLOMATİK AKTİVLİYİ ARTIRIR

Ekspertin sözlərinə görə, İranın xarici işlər naziri Abbas Araghchiın Rusiyaya səfəri və Çinlə məsləhətləşmələr aparması Tehran rəhbərliyinin vəziyyətin ciddiliyini anladığını göstərir.

HƏRBİ VƏ İQTİSADİ TƏZYİQLƏR ARTIR

Əsədullazadə vurğulayıb ki, ABŞ-ın İran ətrafında hərbi qüvvələr toplaması gərginliyi artırır. Onun fikrincə, mümkün hərbi əməliyyatlar İranı dərin iqtisadi böhrana sürükləyə bilər.

Ekspert qeyd edib ki, bu məsələ İranın Milli Təhlükəsizlik Şurasında da narahatlıq doğurur və iqtisadi çətinliklərin ictimai narazılığa səbəb ola biləcəyi istisna edilmir.

ANLAŞMA EHTİMALI QALIR

Siyasi şərhçi hesab edir ki, Tehran mümkün hərbi eskalasiyanın qarşısını almağa çalışır və ABŞ-ın yeni təkliflərini nəzərdən keçirir. Onun fikrincə, Tramp administrasiyası yaxın müddətdə siyasi nəticə əldə etməyə çalışır və tərəflər arasında müəyyən razılaşma ehtimalı qalmaqdadır.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Netanyahu Türkiyəyə F-35 verilməsinin qarşısını almağa çalışır

Aynur Camal

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu