Dünya

Ekspert İzmirdə polislərin hədəfə alınmasını qınadı

“Türkiyə daxilində baş verənləri həyəcansız izləmək mümkün deyil. Daxildə gərginliyin artması Türkiyəni xarici təzyiqlərə qarşı həssas vəziyyətə gətirir. Xüsusilə, terrorsuz Türkiyə istiqamətində müəyyən uğurların əldə olunduğu bir dövrdə siyasi birliyin deyil, siyasi parçalanmanın müşahidə olunması, ‘Türkiyə Yüz ili’ hədəflərinin reallaşmasını da ləngidə bilər” – deyə bu gün Türkiyədə baş verən terror aktına politoloq Aqil Məmmədov öz sosial media hesabında şərh paylaşıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin İzmir şəhərində polis bölməsində 16 yaşlı şəxs tüfənglə polisləri güllələyib. Hadisə nəticəsində 2 polis həlak olub, bir polis yaralanıb.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu