21 C
Baku
11 İyun 2025, 5:00
Baş xəbərDünya

Ekvador Prezidenti ölkədəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ekvador Prezidenti Daniel Noboa quldur dəstələrinə qarşı tədbirlər hazırlamaq üçün ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Bugun.tv xəbər verir ki, bu barədə dövlət başçısı X (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb.

“İctimai və Dövlət Təhlükəsizliyi Şurası yenicə çağırılıb. Biz terrorçu qrupların ölkədə asayişi pozmasına imkan verməyəcəyik”, – deyə Daniel Noboa bildirib.

Qeyd edək ki, Ekvadorda son illər cinayətlərin sayı kəskin artıb. Bir qədər əvvəl ölkədə silahlı şəxslər “TC Television” telekanalına soxularaq canlı yayımda olan aparıcıları girov götürmüşdülər.

İntizar Əmirova

Oxşar xəbərlər

Fransa regiondan çıxmır, öz “kirli” işlərini buranın təbiətini məhv etməklə həyata keçirir – Pərvanə Vəliyeva

Aynur Camal

Rusiyalı xilasedicilər Türkiyədən Rusiyaya qayıdıblar

Aynur Camal

Rusiya: Ukraynanın hücumlarında 93 PUA vuruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu